Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB

Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB Qubada qaya parçaları yola düşüb.
Hadisə
19 aprel 2025 12:41
Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB

Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub. 

10:52

Quba rayonunda qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb. 

"Report" xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.

Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:

"Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq"- deyə məlumatda qeyd edilib.

Orphus sistemi