“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır

“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır Yaşayış komleksinə Abşeron məhkəmə icraçıları gəliblər
Hadisə
22 Sentyabr , 2017 15:11
“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır

Bakı. 22 sentyabr. REPORT.AZ/ “AAAF Park” yaşayış kompleksinin rəhbəri Tofiq Heydərov Kosovonun paytaxtı Priştina şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə yollanıb”.

Bunu “Report”a “AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyev deyib.

O bildirib ki, bu gün “AAAF Park” yaşayış kompleksinə Ədliyyə Nazirliyinin Abşeron icra şöbəsinin icraçıları gəliblər: “Onlar inventarizasiya apardılar və bu proses bir saatadək çəkdi. Bütün əmlakımızı siyahıya aldıqdan sonra getdilər. Hazırda biz öz işimizlə məşğuluq”.

Qeyd edək ki, bu gün T.Heydərovun həbs edilməsi barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi