Ağcabədidə avtomobil aşıb, sürücü ölüb - YENİLƏNİB

Ağcabədidə avtomobil aşıb, sürücü ölüb - YENİLƏNİB Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
12 Sentyabr , 2019 13:40
Ağcabədidə avtomobil aşıb, sürücü ölüb - YENİLƏNİB

Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Saatlı rayon sakini Mehdi Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


*** 11:23

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonunun Qaradolaq kəndi ərazisində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Qəza zamanı sürcünün öldüyü bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi