Bakı
"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib.
O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.
İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.