Azərbaycanda 9 uşaq atası əfv olundu - FOTO

Azərbaycanda 9 uşaq atası əfv olundu - FOTO Cəza çəkdiyi müddətdə heç bir qayda pozuntusuna yol verməyib
Hadisə
30 Dekabr , 2014 14:56
Azərbaycanda 9 uşaq atası əfv olundu - FOTO

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 9 uşaq atası Etibar Məmmədoğluya da şamil edilib. 

"Report" xəbər verir ki, 57 yaşlı Etibar Məmmədoğlu 2012-ci ilin mart ayında 29.120.1 (insan öldürməyə təşəbbüs) maddəsi ilə 4 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Təşkilat Nəzarət şöbəsinin rəisi Musa Hümbətov Etibar Məmmədoğlu cəzasını çəkdiyi 1 il 9 ay müddətində öz davranışları ilə seçildiyini bildirib. "Etibar Məmmədoğlunun 9 uşaq atası olmasını, cəza çəkdiyi müddətdə heç bir qayda pozuntusunun olmaması və verilən tapşırıqlara vaxtında və dəqiq əməl etməsi nəzərə alınaraq adı əfv sərəncamı siyahısına daxil edilib".

Son xəbərlər

Orphus sistemi