Bakı. 7 mart. REPORT.AZ/ Bakının Suraxanı rayonunda 1938-ci il təvəllüdlü Əliyev Tofiq Məmməd oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T.Əliyevin vəfat etdiyi müəyyən olunub.