Yuxarı

Azərbaycanda 7 nəfər dərmandan və dəm qazından zəhərlənib

Faktlarla bağlı araşdırmalar aparılır

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda 7 nəfər dərman və dəm qazından zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran rayon sakini Təyyar Bədəlov, onun oğlu Babək, anası Şabacı və bacısı Mehparə, Gəncə şəhərində yaşayan Qəmər Məmmədova dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Bakının Xəzər rayonunun Zirə qəsəbə sakini Əlihəsən Kazımov isə termiki yanıq xəsarəti, Buzovna qəsəbə sakini Hüseyn Abdullayev dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi