​69 yaşlı paytaxt sakini mənzilində ölü vəziyyətdə tapılıb

​69 yaşlı paytaxt sakini mənzilində ölü vəziyyətdə tapılıb Hadisə Suraxanı rayonu ərazisində baş verib
Hadisə
12 Dekabr , 2015 05:58
​69 yaşlı paytaxt sakini mənzilində ölü vəziyyətdə tapılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Suraxanı rayonunda 1946-cı il təvəllüdlü Rzayeva Lalə Rza qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı L.Rzayevanın vəfat etdiyi müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi