65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər deputatlara şamil edilməyəcək

65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər deputatlara şamil edilməyəcək Nazirlər Kabinetinin koronavirus panmediyası ilə bağlı qərarı deputatlara şamil edilməyəcək.
Hadisə
26 Mart , 2020 13:03
65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər deputatlara şamil edilməyəcək
google
0 : 00
0 : 00

Nazirlər Kabinetinin koronavirus panmediyası ilə bağlı qərarı deputatlara şamil edilməyəcək.

"Report"un əldə etdiyi məlumata görə, 65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər Milli Məclisin deputatlarına aid olmayacaq.

Bununla bağlı məsələ Milli Məclisin yaxın günlərdə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə infeksiyanın yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edib.

Bu müddət ərzində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi