60 min manat borcunu istəyən həmkəndlisini güllələdi – MƏHKƏMƏ 

60 min manat borcunu istəyən həmkəndlisini güllələdi – MƏHKƏMƏ  Ağdam rayonunda adam öldürməyə cəhddə təqsirləndirilən Cəbrayıl İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
5 Avqust , 2020 13:45
60 min manat borcunu istəyən həmkəndlisini güllələdi – MƏHKƏMƏ 

Ağdam rayonunda adam öldürməyə cəhddə təqsirləndirilən Cəbrayıl İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Ağdam rayonunun Aşağı Yüzbaşılı kəndində baş verib. 1956-cı il təvəllüdlü C.İsmayılov mübahisə zəminidə 1988-ci il təvəllüdlü Məmmədov Orxan Bəhlul oğlunu güllələyib. 
Mübahisəyə O.Məmmədovun Cəbrayıl İsmayılovdan ölən atasına borclu olduğu 60 000 manat borcu ödəməsini istəməsi səbəb olub. C.İsmayılov lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla O.Məmmədovu yaralayıb. 

C.İsmayılova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.
 

Son xəbərlər

Orphus sistemi