544 nəfər Azərbaycan vətəndaşlığına qəbulla bağlı müraciət edib

544 nəfər Azərbaycan vətəndaşlığına qəbulla bağlı müraciət edib 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 1 074 müraciət müvafiq qaydada araşdırılıb.
Hadisə
2 Aprel , 2020 15:09
544 nəfər Azərbaycan vətəndaşlığına qəbulla bağlı müraciət edib

2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 1 074 müraciət müvafiq qaydada araşdırılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-ci ildə fəaliyyəti ilə bağlı hesabatında məlumat verilib.

Bu müraciətlərdən 599-u Azərbaycan Respublikası vətəndaşlığına qəbul, 26-sı Azərbaycan Respublikası vətəndaşlığına bərpa, 449-u isə Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı olub.

Əvvəlki hesabat dövründə icraatda olan sənədlərlə birlikdə 1 005 vəsatət (544 qəbul, 20 bərpa, 441 çıxma) Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi