Gürcüstandan qanunsuz yolla ölkəyə siqaret keçirilməsinin qarşısı alınıb

Gürcüstandan qanunsuz yolla ölkəyə siqaret keçirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi Ford Transit 80 LD markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Hadisə
3 İyun , 2019 17:25
Gürcüstandan qanunsuz yolla ölkəyə siqaret keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Ford Transit 80 LD" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü üçün nəzərdə tutulan oturacağın arxa hissəsindən 5200 ədəd "King" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi