400 min dollarlıq xəz dəri məmulatı oğurlayan azərbaycanlı barəsində hökm oxunub

400 min dollarlıq xəz dəri məmulatı oğurlayan azərbaycanlı barəsində hökm oxunub Bakı. 4 may. REPORT.AZ/ Rusiyanın Çeboksarı şəhərinin Lenin Rayon Məhkəməsi cinayətkar qruplaşmanın altı üzvünü, o cümlədən onların başçısını - azərbaycanlını 6 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edib.
Hadisə
4 May , 2018 17:00
400 min dollarlıq xəz dəri məmulatı oğurlayan azərbaycanlı barəsində hökm oxunub

Bakı. 4 may. REPORT.AZ/ Rusiyanın Çeboksarı şəhərinin Lenin Rayon Məhkəməsi cinayətkar qruplaşmanın altı üzvünü, o cümlədən onların başçısını - azərbaycanlını 6 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, məhkəmə bu qərarı onların 25 milyon rubl (təxminən, 398 min ABŞ dolları) məbləğində xəz dəri məmulatlarını oğurladıqlarına görə çıxarıb.

Çuvaş Respublikası Prokurorluğunun Mətbuat xidmətindən cinayətlərin Smolensk, Volqoqrad, Penza, Samara, Çeboksarı şəhərlərində törədildiyini bildiriblər.

Qeyd olunub ki, 2013-cü ildə Azərbaycanın 34 yaşlı sakini həbsxanada olan zaman xəz dəridən olan kürklərin oğurluğu ilə məşğul olmaq üçün tanışlarından ibarət cinayətkar qruplaşma yaradıb.

Müəyyən edilib ki, qruplaşma hər cinayəti törətmək üçün xəz dəri məmulatlarının satıldığı məkanların yanında boş obyekt icarəyə götürüb, təmir bəhanəsi ilə gecə binada qalıb və münasib vəziyyət yaranan kimi bitişik divarı dələrək kürklərin satıldığı obyektə daxil olub və oğurluğu həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi