Yuxarı
    Bağlamaq

    400-dən çox qoyunu mənimsəmədə təqsirləndirilən çobanlar məhkəmə zalında həbs olunub

    Məhkəmənin hökmü ilə hər iki şəxs 7 il azadlıqdan məhrum ediliblər

    Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 400-dən çox qoyunu mənimsəmədə təqsirləndirilən çobanların - Seymur Zahidov, Cabir Nərimanov, Mirhüseyn Zayidov, Əliş Abdulov və Mikayıl Əndəlifovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Əliş Abdulov və Mikayıl Əndəlifov 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalında həbs olunub.

    Digər təqsirləndirilənlər - Seymur Zahidov, Cabir Nərimanov və Mirhüseyn Zayidov barəsində isə 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyiblər. Onlar fermer təsərrüfatına məxsus 400-dən çox qoyunu mənimsəməkdə ittiham olunublar.

    Təqsirləndirilən şəxslər barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi