Yuxarı

Bakıda 4 avtomobili vurduqdan sonra piyadanı öldürən qadın sürücünün məhkəməsi başlayıb

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Usubova Samirə Tofiq qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, ölümlə nəticələnən zəncirvari yol qəzası bu il martın 9-da Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində baş verib. Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi "Toyota" və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus "Hyundai", Kamil Məmmədova məxsus "BMW" və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus "KİA" markalı avtomobillərə çırpıb. Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi