İşlədiyi avtoservisdən 34 min manat oğurlayan ustanın məhkəməsi başlayıb

İşlədiyi avtoservisdən 34 min manat oğurlayan ustanın məhkəməsi başlayıb Bakıda işlədiyi avtoservisdən oğurluq etməkdə təqsirləndirilən Camal Nurbabazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
1 Noyabr , 2019 11:38
İşlədiyi avtoservisdən 34 min manat oğurlayan ustanın məhkəməsi başlayıb

Bakıda işlədiyi avtoservisdən oğurluq etməkdə təqsirləndirilən Camal Nurbabazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Murad Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 12-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Yasamal rayonu ərazisində baş verib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki avtoservislərin birindən 34 min manat pul oğurlamaqda şübhəli bilinən, orada usta işləyən Siyəzən rayon sakini C.Nurbabazadə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi