32 yaşlı Bərdə sakini futbol oynayarkən öldü

32 yaşlı Bərdə sakini futbol oynayarkən öldü Hadisə Mirzəxan kəndində baş verib.
Hadisə
5 Sentyabr , 2015 22:17
32 yaşlı Bərdə sakini futbol oynayarkən öldü

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bərdə rayonunun 32 yaşlı sakini Bayram Məmmədov futbol oynayarkən qəflətən ürək dayanması nəticəsində dünyasını dəyişib. "Report" xəbər verir ki, hadisə Mirzəxan kəndində baş verib. 

Sakinlərin verdiyi məlumata görə, B.Məmmədov həmyaşıdları ilə futbol oynayarkən meydançada ürəyi dayanıb.

Kənd sakinləri onu xəstəxanaya çatdırsa da həkimlər Bayramın artıq öldüyünü bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi