Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB-2

Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB-2 "28 May" metrostansiyasında sərnişin stansiya yoluna düşüb
Hadisə
2 İyun , 2024 14:00
Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB-2

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.

13:42

Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

13:26

Metronun "28 May" stansiyasında sərnişin stansiya yoluna düşüb.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.

Son xəbərlər

Orphus sistemi