“28 Mall”a bomba qoyması barədə yalan məlumat verən şəxsin cinayət işi məhkəməyə göndərilib

“28 Mall”a bomba qoyması barədə yalan məlumat verən şəxsin cinayət işi məhkəməyə göndərilib Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 6-na təyin edilib
Hadisə
30 İyul , 2018 15:34
“28 Mall”a bomba qoyması barədə yalan məlumat verən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 30 iyul. REPORT.AZ/ “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə yalan xəbər verməkdə təqsirləndirilən Rəvan Fətəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hakim Zeynal Ağayevin icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 6-na təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, R.Fətəliyev bu il aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib.

Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini, 33 yaşlı R.Fətəliyev tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi