Dövlət Gömrük Komitəsi: Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb

Dövlət Gömrük Komitəsi: Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb Yalnız son illər belə qadınların sayı ümumilikdə 14%-ə çatıb
Hadisə
15 Mart , 2019 11:58
Dövlət Gömrük Komitəsi: Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb
0 : 00
0 : 00

Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb.

“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı Şəkidə jurnalistlər üçün təşkil edilən təlimin sonuncu günündə bildirib.

Onun sözlərinə görə, yalnız son illər belə qadınların sayı ümumilikdə 14%-ə çatıb: “2018-ci il ərzində Azərbaycanda qadınlar arasında 87 halda daxili bədən boşluqlarında narkotiklərin keçirilməsi faktı qeydə alınıb”.

O bildirib ki, hətta bəzi kişilər öz qadınlarını, həyat yoldaşlarını, ana və bacılarını bu işə cəlb edirlər: “Təbii ki, onları bu yola məcbur edirlər: “Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə ərazisində 31 mindən çox narkotik vasitəsi istifadəçisi qeydə alınıb”.

G.Muradlı deyib ki, 2018-ci ildə ümumilkdə 1 ton 193 kq narkotik vasitəsi Dövlət Gömrük Komitəsi tərəfindən ölkəyə gətirilən zamanı qarşısı alınıb: “Bunun 1 ton 37 kiloqramı heroin təşkil edib”.

Son xəbərlər

Orphus sistemi