Bakı bulvarında gənc qız intihar edib

Bakı bulvarında gənc qız intihar edib Dənizkənarı Milli Parkda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib.
Hadisə
855
24 İyul , 2021 15:55
Bakı bulvarında gənc qız intihar edib

Dənizkənarı Milli Parkda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

Son xəbərlər

Orphus sistemi