20 ildən sonra Rusiyadan Astaraya qayıdan şəxs qətlə yetirilib - YENİLƏNİB-2

20 ildən sonra Rusiyadan Astaraya qayıdan şəxs qətlə yetirilib - YENİLƏNİB-2 O, iki gün əvvəl həbsdən çıxıb
Hadisə
2 Fevral , 2018 15:19
20 ildən sonra Rusiyadan Astaraya qayıdan şəxs qətlə yetirilib - YENİLƏNİB-2

Astara. 2 fevral. REPORT.AZ/ 20 ildən sonra Rusiya Federasiyasından Astara rayonuna qayıdan şəxs qətlə yetirilib.  

"Report"un Cənub bürosu xəbər verir ki, 40 yaşlı Vüsal Qasım oğlu Hüseynov uzun müddət - təxminən, 20 il Rusiya Federasiyasında yaşayıb. O, ötən ay Astaraya gəlib. 

V.Hüseynov Astarada 7 sutkalıq həbs cəzası alıb. İki gün öncə həbsdən çıxıb.


***13:44

Astara. 2 fevral. REPORT.AZ/ Astara rayonunda yaşadığı evdən meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Kolatan kənd sakini, 1978-ci il təvəllüdlü Vüsal Qasım oğlu Hüseynovun yaşadığı evdə küt alətlə başından alan xəsarətlərdən öldüyü bildirilir. 


***12:51

Astara. 2 fevral. REPORT.AZ/ Asatara rayon sakininin yaşadığı evdə meyiti tapılıb. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Kolatan kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan şəxsin yaşadığı evdə meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün Səhiyyəə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi