19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı

19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı Gəncə Şəhər Prokurorluğunun əməkdaşı Əlizadə Yüksəl İlqar oğlu Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Hadisə
7 Dekabr , 2020 14:48
19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı
Əlizadə Yüksə

Gəncə Şəhər Prokurorluğunun əməkdaşı Əlizadə Yüksəl İlqar oğlu Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Yüksəl Əlizadə 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.

O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi