Bərdədə 18 yaşlı gənci bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bərdədə 18 yaşlı gənci bıçaqlayan şəxsin məhkəməsi başlayır Bərdə rayonunda 18 yaşlı gənci bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
18 Sentyabr , 2019 17:14
Bərdədə 18 yaşlı gənci bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bərdə rayonunda 18 yaşlı gənci bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Məhəmməd Bağırovun icraatına verilən iş üzrə hazırlıq iclası oktyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 1-də Bərdənin Mirzəxan kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədov Rauf Nurəddin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb. Yaralı yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tördən Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Rəşad Füzuli oğlu Quluzadə saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi