17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanlıdı

17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanlıdı Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi Daxili İşlər Orqanları tərəfindən nəzərətdə saxlanılır
Hadisə
492
4 Dekabr , 2020 10:51
17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanlıdı
0 : 00
0 : 00

Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi Daxili İşlər Orqanları tərəfindən nəzərətdə saxlanılır.

DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıblar.

17 nəfər barəsində CM-nin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir. Aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırırıq ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.

Son xəbərlər

Orphus sistemi