​17 Azərbaycan vətəndaşı Başqırdıstandan xaric edilib

​17 Azərbaycan vətəndaşı Başqırdıstandan xaric edilib Onlar Rusiya ərazisində qalmaq qaydalarını pozublar
Hadisə
27 May , 2016 02:00
​17 Azərbaycan vətəndaşı Başqırdıstandan xaric edilib

Bakı. 27 may. REPORT.AZ/ İlin əvvəlindən Başqırdıstan Respublikasında qanunsuz olaraq yaşayan 236 miqrant məcburi qaydada Rusiya ərazisindən xaric edilib.

"Report" "ToDay News Ufa" nəşrinə istinadən xəbər verir ki, onların arasında 17 Azərbaycan vətəndaşı da var.

Deportasiya edilənlərin əksəriyyəti Özbəkistan (139) və Tacikistan (44) vətəndaşlarıdırlar. Onların sırasında, həmçinin Qırğızıstan, Türkiyə, Nigeriya, Vyetnam, Fələstin və başqa dövlətlərin nümayəndələri də var.

Qeyd edək ki, ötən il Rusiya ərazisindən 26 Azərbaycan vətəndaşı çıxarılıb.

Son xəbərlər

Orphus sistemi