Binəqədidə 16 yaşlı oğlanı qətlə yetirən gəncin məhkəməsi başlayır

Binəqədidə 16 yaşlı oğlanı qətlə yetirən gəncin məhkəməsi başlayır Bakı. 3 yanvar. REPORT.AZ/ Binəqədi rayonunun Hökməli qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
3 Yanvar , 2019 14:05
Binəqədidə 16 yaşlı oğlanı qətlə yetirən gəncin məhkəməsi başlayır
0 : 00
0 : 00

Bakı. 3 yanvar. REPORT.AZ/ Binəqədi rayonunun Hökməli qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlanaraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu məlum olub.

Son xəbərlər

Orphus sistemi