On altı saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər məhkum azadlığa buraxılıb

On altı saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər məhkum azadlığa buraxılıb Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər məhkum azadlığa buraxılıb.
Hadisə
3 Dekabr , 2021 14:11
On altı saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər məhkum azadlığa buraxılıb
0 : 00
0 : 00

Amnistiya Aktı Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkuma şamil olunub və onlar azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bunu müəssisənin rəisi, ədliyyə polkovnik-leytenantı Şəfaət Abbasov deyib.

O bildirib ki, həmin şəxslərə Amnitsiya Aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər: "Ümumilikdə bu günə qədər 186 nəfər cəzadan azad olunub, 3 il cəza alan 423 nəfərin cəzasından isə 6 ay azaldılacaq".

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi