100 min manatın Azərbaycandan bəyan etmədən aparılması cəhdinin qarşısı alınıb

100 min manatın Azərbaycandan bəyan etmədən aparılması cəhdinin qarşısı alınıb Bakı. 4 avqust. REPORT.AZ/ Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Hadisə
4 Avqust , 2018 15:22
100 min manatın Azərbaycandan bəyan etmədən aparılması cəhdinin qarşısı alınıb
Report

Bakı. 4 avqust. REPORT.AZ/ Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, Bakı-Dubay aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, ümumilikdə 100.000 Azərbaycan manatı aşkar edilib.

Son xəbərlər

Orphus sistemi