​Goranboyda yol qəzası baş verib, 1 nəfər ölüb

​Goranboyda yol qəzası baş verib, 1 nəfər ölüb Avtomobildə olan yaralılar xəstəxanaya çatdırılıb
Hadisə
148
15 İyul , 2015 12:20
​Goranboyda yol qəzası baş verib, 1 nəfər ölüb

Bakı. 15 iyul. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, rayonun Dəliməmmədli qəsəbəsində baş verən qəzada "VAZ-2107" markalı avtomobilin aşması nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sürücünün şəxsiyyəti hələlik məlum deyil. Avtomobildə olan iki yaralı-Yeganə və Urzanə İsmayılova bacıları xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta ağırdır. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi