Yuxarı
    Bağlamaq

    Zlatan İbrahimoviç özünün 400-cü, İngiltərə Premyer Liqasında 25 000-ci qolu vurub - VİDEO

    İsveçli hücumçu yubiley qolların müəllifi olub

    Bakı. 7 noyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Zlatan İbrahimoviç karyerasının 400-cü, İngiltərə Premyer Liqası tarixində 25000-ci qolu vurub.

    "Report"un məlumatına görə, isveçli hücumçu Premyer Liqada XI tur matçında "Suonsi" üzərində 3:1 hesablı qələbə qazandıqları görüşdə "dubl" edib. 35 yaşlı oyunçuya 400 qol vurmaq üçün 694 matç lazım gəlib. O, "dubl"unu isə 12 dəqiqəyə rəsmiləşdirib.

    Qeyd edək ki, Zlatan İbrahimoviç əvvəllər İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona" və Fransanın PSJ klublarında çıxış edib. İngiltərə Premyer Liqası tarixində ilk qolu "Şeffild Yunayted"in oyunçusu Brayn Din 15 avqust 1992-ci ildə vurub. 10000-ci qolu "Tottenhem"in hücumçusu Les Ferdinand (15 dekabr, 2001), 15000-cini "Fulhem"in müdafiəçisi Morits Folts (20 dekabr 2006), 20000-cini "Aston Villa"nın hücumçusu Mark Olbrayton (21 dekabr 2011) vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi