Zlatan İbrahimoviç özünün 400-cü, İngiltərə Premyer Liqasında 25 000-ci qolu vurub - VİDEO

Zlatan İbrahimoviç özünün 400-cü, İngiltərə Premyer Liqasında 25 000-ci qolu vurub - VİDEO İsveçli hücumçu yubiley qolların müəllifi olub
Futbol
7 Noyabr , 2016 11:14
Zlatan İbrahimoviç özünün 400-cü, İngiltərə Premyer Liqasında 25 000-ci qolu vurub - VİDEO

Bakı. 7 noyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Zlatan İbrahimoviç karyerasının 400-cü, İngiltərə Premyer Liqası tarixində 25000-ci qolu vurub.

"Report"un məlumatına görə, isveçli hücumçu Premyer Liqada XI tur matçında "Suonsi" üzərində 3:1 hesablı qələbə qazandıqları görüşdə "dubl" edib. 35 yaşlı oyunçuya 400 qol vurmaq üçün 694 matç lazım gəlib. O, "dubl"unu isə 12 dəqiqəyə rəsmiləşdirib.

Qeyd edək ki, Zlatan İbrahimoviç əvvəllər İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona" və Fransanın PSJ klublarında çıxış edib. İngiltərə Premyer Liqası tarixində ilk qolu "Şeffild Yunayted"in oyunçusu Brayn Din 15 avqust 1992-ci ildə vurub. 10000-ci qolu "Tottenhem"in hücumçusu Les Ferdinand (15 dekabr, 2001), 15000-cini "Fulhem"in müdafiəçisi Morits Folts (20 dekabr 2006), 20000-cini "Aston Villa"nın hücumçusu Mark Olbrayton (21 dekabr 2011) vurub.

Son xəbərlər

Orphus sistemi