Yuxarı
    Bağlamaq

    ​"Zirə"nin baş məşqçisi: "Sırf nəticəyə oynadıq"

    Daim öz oyunumuzu təkmilləşdirməyə çalışırıq

    Bakı. 6 fevral. REPORT.AZ/ "Zirə" futbol komandasının baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Sumqayıt"la keçirilmiş oyun haqda danışıb. "Report"un məlumatına görə, 39 yaşlı mütəxəssis oyunun ağır keçdiyini bildirib.

    O, komandanın öz üslubuna sadiq qalaraq nəticə üçün sırf nəticə üçün futbol oynadıqlarını deyib: "Komandanı təbrik edirəm. Zirədən gələn azarkeşlərə də minnətdaram. Ağır oyun oldu. Tez qol vurmağımıza baxmayaraq, üslubumuza sadiq qalıb sırf nəticəyə oynadıq. Bugünkü gündə bu tələb olunur və biz də bunu yerinə yetirə bildik. Say üstünlüyü əldə etdikdən sonra əks hücumlara bel bağladıq. Əsas məqsədimiz güclü kollektiv yaratmaqdır. İndi isə komanda sonadək mübarizə aparır. İkinci qol da bunu göstərdi. "İnter"lə oyunda da sona yaxın qol vurduq. Bunu planlaşdırmırıq, sadəcə, istək nəticəsində olur. Daim öz oyunumuzu təkmilləşdirməyə çalışırıq".

    Avrokuboklara vəsiqə qazanmaq haqda danışan yerli mütəxəssis belə bir hədəfin olmadığını və bunun mövsüm sonunda məlum olacağını söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi