Yuxarı

"Zirə" klubunda məşqçi dəyişikliyi olub

Əvəzedici komandaya Ayxan Abbasov rəhbərlik edəcək

Bakı. 25 iyun. REPORT.AZ/ "Rəhbərlik qərar verdi ki, bütün yaş qrupları ilə eyni sistemdə çalışaq. Bu səbəbdən məşqçilər korpusunda dəyişiklik etmək qərara alındı".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov klubun məşqçilər heyətində baş verən dəyişikliklərlə bağlı danışarkən deyib.

Baş məşqçi əsas komandada köməkçi məşqçi işləyən Ayxan Abbasovun eyni zamanda əvəzedici komandaya da rəhbərlik edəcəyini bildirib:

"Əvəzedici heyətdə Ayxan müəllim çalışacaq və əsas komandada işinə davam edəcək. Elnur Codarov U-19-a təyin olunub. Beləliklə hamımız eyni sistemdə çalışacağıq. Digər komandalarda da çatışmazlıqlar olur. Futbolçu aşağı yaşdan gəlib əsas komandada problemlərlə üzləşir. Zaur Həşimov da əsas komandaya cəlb olundu. Dəvətimizi qəbul edib gəldiyi üçün təşəkkür edirəm. Əsas işimiz aşağı yaşdan futbolçu yetişdirməkdir. Kamen Vasilyev əvəzedici komandanın məşqçisi kimi işini davam etdirəcək. Nelsonun getdiyi Portuqaliyanın "Nasional" klubu ilə münasibətimiz var və gələcəkdə öz komandamızdan bir neçə futbolçunu ora göndərəcəyik".
A.Şükürov tezliklə heyətə yeni legionerlərin də cəlb olunacağını söyləyib:

"Artıq tezliklə daha bir legioneri heyətə cəlb edəcəyik. Üsətlik 3 əcnəbi futbolçu ilə danışıqlar aparırıq".
A.Abbasov və Z.Həşimov isə onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarını və komandanın uğur qazanması üçün əllərindən gələni edəcəklərini deyib. Abbasov əvəzedici heyətdə qarşılarına qoyulan məqsədin futbolçu yetişdirmək olduğunu söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi