Yuxarı

Azərbaycan klubuna texniki məğlubiyyət verilib

Səbəb baş məşqçinin yaş limitini pozmasıdır

Bakı. 22 sentyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Zirə" klubunun əvəzedicilərdən ibarət komandasına 0:3 hesablı texniki məğlubiyyət verib. "Report" xəbər verir ki, səbəb V turda keçirilən "Rəvan"la matçda yaş limitinin pozulmasıdır.

Əsasnaməyə görə, komandaların heyətində meydanda 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidir. Lakin son oyunda onlardan biri "ixtisar"a salınıb. Bundan başqa oyunöncəsi iclasda "Zirə" klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimələnib. 

Qeyd edək ki, görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi