Yuxarı

​"Zirə" klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb

Futbolçu ilə bir illik müqavilə imzalanıb

Bakı. 23 iyun. REPORT.AZ/ "Zirə" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qartallar" albaniyalı yarımmüdafiəçi Gerhard Proqni ilə müqavilə imzalayıb.

29 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Proqni son olaraq ölkəsinin "Skenderbeu" klubunda çıxış edib. O, Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib.

Qeyd edək ki, "Zirə" bunadək Tural Cəlilov ("Xəzər Lənkəran"), Yamin Ağakərimzadə ("Rəvan") və Murad Səttarlını (AZAL) heyətə cəlb edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi