Yuxarı

"Zirə" "Keşlə"dən ayrılan futbolçunu heyətinə cəlb etmək istəyir

"Zirə" "Keşlə"dən ayrılan futbolçunu heyətinə cəlb etmək istəyir

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Zirə" klubu "Keşlə"dən ayrılan futbolçu Adrian Skarlatakeni heyətinə cəlb etmək niyyətindədir. 

Bu barədə "Report"a qəsəbə təmsilçisinin baş məşqçisi Samir Abasov məlumat verib. O, rumıniyalı müdafiəçini həm klub rəhbərliyi, həm də özünün istədiyini vurğulayıb.

40 yaşlı mütəxəssis bu transferin reallaşmasında Skarlatakenin fikrinin önəmli rol oynayacağını əlavə edib. O bildirib ki, 32 yaşlı oyunçunun "Zirə"yə keçib keçməyəcəyi 2-3 gün ərzində müəyyənləşəcək. 

Qeyd edək ki, "Keşlə" Adrian Skarlatake ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi