Yuxarı

Zidan "Bavariya"nın yeni baş məşqçisi təyin oluna bilər

Zidan "Bavariya"nın yeni baş məşqçisi təyin oluna bilər
© Getty Images — "Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Zinəddin Zidan

Bakı. 11 oktyabr. REPORT.AZ/ Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidan Münxen "Bavariya"sının yeni baş məşqçisi təyin oluna bilər.

"Report" "Mirror"a istinadən xəbər verir ki, alman klubu rəhbərliyi komandanın göstərdiyi son nəticələrdən narahatdır və hazırkı baş məşqçi Niko Kovaçı istefaya göndərmək imkanlarını nəzərdən keçirir.

Zidan "Real"a 2016-2018-ci illərdə rəhbərlik edib. O, komandanı İspaniya çempionu etməklə yanaşı, üç dəfə ardarda Çempionlar Liqası kubokunu götürüb.

Xatırladaq ki, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem fransalı Zinəddin Zidanı sahibi olduğu ABŞ-ın “İnter Mayami” komandasının baş məşqçisi postuna gətirmək istədiyini bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi