Zidan "Bavariya"nın yeni baş məşqçisi təyin oluna bilər

Zidan "Bavariya"nın yeni baş məşqçisi təyin oluna bilər Bakı. 11 oktyabr. REPORT.AZ/ Madridin Real klubunun baş məşqçisi Zinəddin Zidan Münxen Bavariyasının yeni baş məşqçisi təyin oluna bilər.
Futbol
11 Oktyabr , 2018 00:55
Zidan Bavariyanın yeni baş məşqçisi təyin oluna bilər
"Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Zinəddin Zidan / Getty Images

Bakı. 11 oktyabr. REPORT.AZ/ Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidan Münxen "Bavariya"sının yeni baş məşqçisi təyin oluna bilər.

"Report" "Mirror"a istinadən xəbər verir ki, alman klubu rəhbərliyi komandanın göstərdiyi son nəticələrdən narahatdır və hazırkı baş məşqçi Niko Kovaçı istefaya göndərmək imkanlarını nəzərdən keçirir.

Zidan "Real"a 2016-2018-ci illərdə rəhbərlik edib. O, komandanı İspaniya çempionu etməklə yanaşı, üç dəfə ardarda Çempionlar Liqası kubokunu götürüb.

Xatırladaq ki, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem fransalı Zinəddin Zidanı sahibi olduğu ABŞ-ın “İnter Mayami” komandasının baş məşqçisi postuna gətirmək istədiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi