Yuxarı
    Bağlamaq

    ​"Zenit" vaxtından əvvəl Rusiya çempionu olub

    Komanda sona iki tur qalmış çempionluğu özünə təmin edib

    Bakı. 17 may. REPORT.AZ/ Rusiyanın "Zenit" klubu futbol üzrə ölkə çempionatının 28-ci turu çərçivəsində Başqırdıstanın "Ufa" klubu ilə heç-heçə edib.

    "Report" xəbər verir ki, Sankt-Peterburqda 1:1 hesabı ilə başa çatan matç "Zenit"ə çempionluq gətirib.

    Komanda nəticədə 64 xal toplayıb və sona iki tur qalmış turnir cədvəlində birinciliyi özünə təmin edib.

    Rusiya Premyer-Liqası. 28-ci tur

    "Ufa" (Ufa) – "Zenit" (Sankt-Peterburq) – 1:1

    Qollar: Halk, 32 (0:1); Xanciç, 87 (1:1).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi