Zabit Səmədov: "Azərbaycanda ilk dəfə idi ki, futbol matçı izləyirdim"

Zabit Səmədov: "Azərbaycanda ilk dəfə idi ki, futbol matçı izləyirdim" "Bugünkü matça məni "Qarabağ" rəhbərliyi dəvət etmişdi"
Futbol
9 Aprel , 2017 23:13
Zabit Səmədov: Azərbaycanda ilk dəfə idi ki, futbol matçı izləyirdim

Bakı. 9 aprel. REPORT.AZ/ "Açığı, Azərbaycanda ilk dəfədir futbol izləyirdim. Bugünkü matça məni "Qarabağ" rəhbərliyi dəvət etmişdi. Həm adına, həm də son illər Avropaya səs saldığı üçün bu komandaya azarkeşlik etdim. Bunun davamının gələcəyinə inanıram".

"Report"un məlumatına görə, bunu Azərbaycanın tanınmış K-1 döyüşçüsü Zabit Səmədov Tofiq Bəhramov adına Respublika stadionunda canlı izlədiyi "Qarabağ"la "Qəbələ" arasındakı Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra deyib.

O bildirib ki, iki komanda arasında mayın 5-də Naxçıvanda keçiriləcək Azərbaycan Kubokunun final matçınadək Azərbaycanda qala bilməyəcək:

"Növbəti dəfə Avrokubok matçlarında gəlib "Qarabağ"ı dəstəkləyəcəyəm. Sözsüz ki, Azərbaycan millisinin də oyunlarını izləyirəm. Azərbaycan bayrağının olduğu hər yerdə idmançılarımıza dəstək verir, bununla qürur duyuruq. Beynəlxalq miqyaslı yarışlarda hər bir komandamıza dəstək olmağa hazıram. Onların uğurları Azərbaycanın uğurları deməkdir".

Səmədov sonuncu dəfə ötən mövsüm Çempionlar Liqasının final matçını izlədiyini də açıqlayıb:

"Açığı, Avropa komandalarının fanatı deyiləm. Amma gözəl oyunları gedib izləyirəm. Ötən mövsümün Çempionlar Liqasında İspaniyanın "Real Madrid" və "Atletiko" komandaları arasındakı final matçına baxdım. "Atletiko"nun qələbə qazanmasını istəyirdim. Amma "Real Madrid" qalib gəldi. Hər halda gözəl oyun oldu".

Son xəbərlər

Orphus sistemi