"Yuventus"un futbolçusu qəzaya uğrayıb

"Yuventus"un futbolçusu qəzaya uğrayıb Bakı. 4 fevral. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun və Braziliya milli komandasının futbolçusu Duqlas Kosta qəzaya uğrayıb.
Futbol
4 Fevral , 2019 18:23
Yuventusun futbolçusu qəzaya uğrayıb

Bakı. 4 fevral. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun və Braziliya milli komandasının futbolçusu Duqlas Kosta qəzaya uğrayıb.

"Report" "La Stampa"ya istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında İtaliyanın şimalında baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. 

"Cip" markalı avtomobili idarə edən oyunçunun özünə heç bir ziyanın dəymədiyi bildirilib. Lakin Kostanın avtomobili ilə toqquşan "Fiat" markalı maşını idarə edən 47 yaşlı şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Kosta bu mövsüm "Yuventus"un heyətində 24 oyunda bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi