Yuxarı

"Yuventus" tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu olub - VİDEO

"Yuventus" tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu olub - VİDEO
Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub

Bakı. 14 may. REPORT.AZ/ "Yuventus" klubu tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.

"Report"un məlumatına görə, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub.

XXVII turda səfərdə "Roma" ilə qolsuz heç-heçə edən "Qoca Sinyora" xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.

"Yuventus"un ən yaxın izləyicisi "Napoli" səfərdə "Sampdoriya"nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri düşüb. Nəticədə "ağ-qaralar" son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran "Roma" isə bürünc medal qazanma şanslarını son tura saxlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi