Bakı. 12 sentyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu futbolçusu Sami Xedira ilə müqavilənin müddətini uzadıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, Almaniya millisinin də şərəfini qoruyan yarımmüdafiəçi 2021-ci ilə qədər Turin təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Xedira 2015-ci ildə İspaniya "Real Madrid"indən "Yuventus"a keçib. O, bu müddət ərzində 113 matçda iştirak edib. Oyunçu "Yuventus"un heyətində 3 İtaliya çempionluğu, eyni sayda İtaliya Kubokunu və bir dəfə İtaliya Superkubokunu qazanıb.