"Yuventus" tanınmış futbolçu ilə yeni müqavilə bağlayıb

"Yuventus" tanınmış futbolçu ilə yeni müqavilə bağlayıb Bakı. 12 sentyabr. REPORT.AZ/ İtaliyanın Yuventus klubu futbolçusu Sami Xedira ilə müqavilənin müddətini uzadıb.
Futbol
1151
12 Sentyabr , 2018 14:05
Yuventus tanınmış futbolçu ilə yeni müqavilə bağlayıb
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu futbolçusu Sami Xedira ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, Almaniya millisinin də şərəfini qoruyan yarımmüdafiəçi 2021-ci ilə qədər Turin təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Xedira 2015-ci ildə İspaniya "Real Madrid"indən "Yuventus"a keçib. O, bu müddət ərzində 113 matçda iştirak edib. Oyunçu "Yuventus"un heyətində 3 İtaliya çempionluğu, eyni sayda İtaliya Kubokunu və bir dəfə İtaliya Superkubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi