"Yuventus" Ronaldunun sayəsində məğlubiyyətdən xilas oldu

"Yuventus" Ronaldunun sayəsində məğlubiyyətdən xilas oldu İtaliya kubokunun 1/2 final matçında “Milan” futbol komandası Turinin Yuventus” klubunu qəbul edib.
Futbol
14 Fevral , 2020 02:11
Yuventus Ronaldunun sayəsində məğlubiyyətdən xilas oldu

İtaliya kubokunun 1/2 final matçında “Milan” futbol komandası Turinin "Yuventus” klubunu qəbul edib.

“Report”un məlumatına görə, görüş Milanın ”San Siro” stadionunda baş tutub və 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı "Milan”ın hücumçusu Ante Rebiç açıb. Bundan 10 dəqiqə sonra “qırmızı-qara”lar müdafiəçi Teo Ernandesin meydandan qovulması səbəbindən azlıqda qalıblar. Matçın 91-ci dəqiqəsində "Yuventus”un hücumçusu Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Komandalar arasında cavab matçı martın 4-də "Alyans" stadionunda keçiriləcək.

Yarışın digər yarımfinalında Milan "İnter”i “Napoli”yə qarşı mübarizə aparır. Birinci matç Milanda keçirilib və Neapol komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi