"Yuventus" Ronaldunun qolu sayəsində məğlubiyyətdən qaçıb

"Yuventus" Ronaldunun qolu sayəsində məğlubiyyətdən qaçıb Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasının 18-ci tur matçında Atalanta öz meydanında Turinin Yuventus komandasını qəbul edib.
Futbol
27 Dekabr , 2018 02:52
Yuventus Ronaldunun qolu sayəsində məğlubiyyətdən qaçıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasının 18-ci tur matçında "Atalanta" öz meydanında Turinin "Yuventus" komandasını qəbul edib.

“Report” xəbər verir ki, Berqamo şəhərinin "Atleti Adzurri" stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

Oyunda hesab 2-ci dəqiqədə açılıb. "Atalanta"nın müdafiəçisi Berat Cimsiti topu öz qapısına vurub. 24-cü dəqiqədə meydan sahibləri hücumçu Duvan Sapatanın qolu sayəsində hesabı bərabərləşdiriblər. 53-cü dəqiqədə "Yuventus" azlıqda qalıb. Rodriqo Bentankur ikinci sarı vərqəsini alaraq meydandan qovulub. 3 dəqiqədən sonra Sapata dublunu rəsmiləşdirib – 2:1. 78-ci dəqiqədə Kriştianu Ronaldu hesabı bərabərləşdirib və komandasını məğlubiyyətdən xilas edib.

"Yuventus" bu heç-heçə sayəsində xallarının sayını 50-yə çatdırıb və turnir cədvəlinə liderliyini davam etdirir. "Atalanta" 25 xalla 7-ci pillədə qərarlaşıb.

Paralel keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

İtaliya A Seriyası. 18-ci tur

"Atalanta" – "Yuventus" - 2:2

Qollar: 0:1 – Cimsiti – 2 (avtoqol), 1:1 – Sapata – 24, 2:1 – Sapata – 56, 2:2 – Ronaldu – 78

Qırmızı vərəqə: Bentankur, 53 ("Yuventus")

"Bolonya" – "Latsio" - 0:2

Qollar: 0:1 – Ramos – 30, 0:2 – Luliç – 89

"Fiorentina" – "Parma" - 0:1

Qol: 0:1 – İnqleze – 45+1

Qırmızı vərəqə: Uqo, 65 ("Fiorentina")

"Sampdoriya" – "Kyevo" - 2:0

Qollar: 1:0 – Kvalyarella – 47, 2:0 – Ramires – 59

"Kalyari" – "Cenoa" - 1:0

Qol: 1:0 – Farias – 45+3

Son xəbərlər

Orphus sistemi