"Yuventus" öz meydanında "İnter"ə qalib gələ bilməyib - VİDEO

"Yuventus" öz meydanında "İnter"ə qalib gələ bilməyib - VİDEO "İnter" liderliyini qoruyub saxlayıb
Futbol
10 Dekabr , 2017 01:59
Yuventus öz meydanında İnterə qalib gələ bilməyib - VİDEO

Bakı. 10 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya çempionatının 16-cı turunda "Yuventus" "İnter"lə ev oyununda 0:0-lıq heç-heçə edib.

“Report” xəbər verir ki, nəticədə "İnter" xallarının sayını 40-a çatdırıb və turnir cədvəlində liderliyini qoruyub saxlayıb.

Bununla belə, turun sonuna qədər Luçano Spallettinin yetirmələri birinci yeri bazar günü "Fiorentina" ilə qarşılaşacaq "Napoli"yə verə bilərlər.

"Yuventus" öz növbəsində 38 xalla ikinci pillədə qalıb.

Son xəbərlər

Orphus sistemi