"Yuventus"un futbolçusu Corco Kyellini "Barselona" ilə Çempionlar Liqasının final matçında oynamayacaq

"Yuventus"un futbolçusu Corco Kyellini "Barselona" ilə Çempionlar Liqasının final matçında oynamayacaq Təcrübəli müdafiəçi məşq vaxtı zədələnib
Futbol
4 İyun , 2015 12:00
Yuventusun futbolçusu Corco Kyellini Barselona ilə Çempionlar Liqasının final matçında oynamayacaq

Bakı. 4 iyun. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun futbolçusu Corco Kyellini Çempionlar Liqasında İspaniya "Barselona"sı ilə final matçı öncəsi zədələnib. "Report"un məlumatına görə, 31 yaşlı müdafiəçi son məşqlərdən birində baldır əzələsindən xəsarət alıb. 

Nəticədə Kyellini məşqi vaxtından əvvəl tərk edib. Futbolçu bu gün tibbi müayinədən keçəcək. Bununla yanaşı, Andrea Bartsalyinin kollektiv məşqlərə qoşulduğu açıqlanıb. 

Qeyd edək ki, "Yuventus" və "Barselona" arasındakı final matçı iyunun 6-da Almaniyanın paytaxtı Berlindəki "Olimpiastadion"da olacaq. Corco Kyellini bu mövsüm Çempionlar Liqasında 12 oyunu əvəzlənmədən keçirib və 3 sarı vərəqə alıb. 

Son xəbərlər

Orphus sistemi