"Yuventus" ardıcıl altıncı dəfə İtaliya çempionu olub

"Yuventus" ardıcıl altıncı dəfə İtaliya çempionu olub Turin klubu çempionluğu "Krotone" ilə oyunda müəyyənləşdirib
Futbol
21 May , 2017 20:08
Yuventus ardıcıl altıncı dəfə İtaliya çempionu olub

Bakı. 21 may. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu ardıcıl altıncı dəfə futbol üzrə ölkə çempionatının qalibi olub.

"Report" xəbər verir ki, Turin klubu çempionluğunu "Krotone" üzərində qazanılan 3:0 hesablı qələbə sayəsində müəyyənləşdirib.

Oyunda qolları Mancukiç, Dibala və Aleks Sandro vurub.

Massimiliano Alleqrinin yetirmələri bununla 1931-1935-ci illər dövründə müəyyən etdikləri rekordu yeniləyiblər. Həmin vaxt "Qoca Sinyora" beş dəfə ard-arda çempion titulunu qazanmağa nail olmuşdu və onun bu qalibiyyət seriyasını sonda "Bolonya" qıra bilmişdi.

"Yuventus" – "Krotone" - 3:0

Qollar: Mancukiç, 12, Dibala, 39, Sandro, 83

Son xəbərlər

Orphus sistemi